Nazir müavini: Azərbaycan və Albaniya energetika, ticarət və investisiya sahələrində əməkdaşlığı genişləndirir
Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti ticarət, investisiya, nəqliyyat və yaşıl enerji sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.
"Report" xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Kamal Abbasov Bakıda Albaniyanın Milli Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
"Energetika sahəsində səmərəli əməkdaşlıq iqtisadi münasibətlərimizin mühüm istiqamətlərindən biridir. Bu kontekstdə Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) çərçivəsində qarşılıqlı fəaliyyət xüsusi əhəmiyyət kəsb edir", - o vurğulayıb.
Nazir müavininin sözlərinə görə, Albaniyanın Korça şəhərinin qazla təmin edilməsi layihəsi iki ölkə arasında strateji enerji tərəfdaşlığının genişləndirilməsinin bariz nümunəsidir.
O, həmçinin İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-ci iclasının 2024-cü ildə Bakıda keçirildiyini xatırladıb.
Siyasi qarşılıqlı fəaliyyətə toxunan K.Abbasov qeyd edib ki, diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan və Albaniya arasında əməkdaşlıq dostluq, qarşılıqlı hörmət və tərəfdaşlıq əsasında ardıcıl olaraq inkişaf edib.
"İkitərəfli münasibətlərimizin tarixində mühüm mərhələlər 2023-cü ildə Tiranada Azərbaycan səfirliyinin açılması və 2024-cü ildə Albaniyanın Bakıdakı ilk rezident səfirinin fəaliyyətə başlaması oldu, bu da əməkdaşlığımızın inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu", - o bildirib.
Nazir müavini həmçinin iki dövlət rəhbərlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayaraq, ali və yüksək səviyyələrdə siyasi dialoqun fəallaşmasını qeyd edib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyaya dövlət səfərini, Avropa Siyasi Birliyinin 6-cı Sammitində iştirak etmək üçün 2025-ci ilin mayında Tiranaya işgüzar səfərini, eləcə də Albaniya Prezidenti Bayram Beqay və Baş nazir Edi Ramanın Azərbaycana səfərlərini xatırladıb.
K.Abbasovun sözlərinə görə, beynəlxalq platformalarda iki ölkənin xarici işlər nazirlikləri arasında müntəzəm təmaslar və 2025-ci ilin sentyabrında Bakıda keçirilmiş ilk siyasi məsləhətləşmələr ikitərəfli dialoqun daha da inkişafına töhfə verir.
O, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2026-cı ilin fevralında Albaniyaya səfərini, Baş nazir Edi Rama ilə görüşünü və Tiranada "Ana, ana təbiət" beynəlxalq incəsənət sərgisinin keçirilməsini qeyd edərək humanitar və mədəni əməkdaşlığın inkişafına diqqət çəkib.
Sonda nazir müavini iki ölkə xalqlarının rifahı naminə Azərbaycan və Albaniya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir













