Məktəbli dərsdə sinif yoldaşının valideyni tərəfindən döyüldü
Tərtərdə 11-ci sinif şagirdi sinif yoldaşının valideyni tərəfindən döyülüb.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Seydimli kəndində baş verib.
Kənd sakini 2008-ci il təvəllüdlü A.İsayev oxuduğu məktəbdə sinif yoldaşının atası Bəxtiyar adlı şəxs tərəfindən döyülüb.
İlkin məlumata görə, A.İsayevin bir müddət əvvəl sinif yoldaşı ilə mübahisəsi olub və dava edib. Digər şagirdin atası dərs zamanı məktəbə gələrək sinif otağına daxil olub və A. İsayevə yumruqla xəsarət yetirib. Zərbənin təsirindən məktəblinin burnu qırılıb. Ağır xəsarətlər alan yeniyetmə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, qeyd olunan məsələ ilə bağlı ötən gün Tərtər Rayon Polis Şöbəsinə məlumat daxil olub: "Faktla bağlı tərəflərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub. Hazırda RPŞ-nin Təhqiqat Bölməsində araşdırma davam etdirilir".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Məktəbdə 11-ci sinif şagirdi döyüldü: "Yerdə qanın içində idi"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













