Bakıda ərini telefonla vurub öldürməkdə ittiham olunan qadına HÖKM OXUNDU
Bakı Ağır Cinayətlər Məhkəməsi ərini ehtiyatsızlıqdan ölümünə səbəb olan sağlamlığına ağır zərər vurmaqda ittiham olunan qadının cinayət işi üzrə hökm çıxarıb.
Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) ilə təqsirli bilinib və ona 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcək.
Far.Az-in məlumatına görə, Hadisə 2024-cü il oktyabrın 24-də Bakı şəhəri Xətai rayonunda baş verib. 1987-ci il təvəllüdlü təqsirləndirilən qadın əri (1986-cı il təvəllüdlü) ilə ailə münaqişəsi zamanı onun "Xiaomi Redmi" markalı mobil telefonunu yoxlamağa cəhd edib.
Ər yuxudan oyanaraq telefonu geri almağa çalışarkən qadın telefonu ilə ərinin baş və üz nahiyəsinə zərbələr endirib, sonra ayağı ilə vuraraq onu çarpayıdan yerə yıxıb. Nəticədə ər baş beyin travması alaraq hadisə yerində vəfat edib.
İbtidai istintaqda qadın Cinayət Məcəlləsinin 126.3-cü maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə ittiham olunub. Lakin məhkəmə baxışı zamanı əməlin ehtiyatsızlıq xarakterli olduğunu müəyyən edərək ittihamı 124.1-ci maddəyə yenidən tövsif edib.
Məhkəmədə təqsirləndirilən qadın özünü qismən təqsirli bilib və ifadəsində bildirib ki, əri ilə münasibətlərində dəfələrlə xəyanət şübhəsi olub, hadisə zamanı isə özünü qorumaq məqsədilə hərəkət edib. O, ərinin telefonunu gizli yoxlayarkən tutulub və əri tərəfindən təhqir olunduğunu, qorxaraq telefonu ilə itələdiyini və ayağı ilə vurduğunu qeyd edib. Qadın hadisədən peşman olduğunu, iki azyaşlı övladının olduğunu və ailəsinin çətin vəziyyətdə qaldığını vurğulayıb.
Zərərçəkmiş şəxsin hüquqi varisi (qohumu) məhkəmədə qadınla barışıq əldə etdiyini, şikayəti olmadığını və ona yüngül cəza təyin edilməsini xahiş etdiyini bildirib. Məhkəmə cəza təyin edərkən qadının ilk dəfə cinayət törətməsini, azyaşlı uşaqlarının olmasını, peşmanlığını və barışığı yüngülləşdirici hallar kimi nəzərə alıb. Ağırlaşdırıcı hallar müəyyən edilməyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
FHN cəzaçəkmə müəsisəsində təlim keçirdi
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













