Şəkərdən imtina etdikdə orqanizmdə nə baş verir?
Rusiyalı dietoloq Yelena Ustinovanın sözlərinə görə, şəkərdən imtina insanın ümumi vəziyyətinə müsbət təsir göstərən faydalı bir addımdır.
BAKU.WS xəbər verir ki, mütəxəssis "gazeta.ru"ya açıqlamasında bildirib ki, sadəcə şəkəri məhdudlaşdırmaqla insan daha enerjili ola, yaxşı yata və əhvalını, eləcə də idrak qabiliyyətlərini artıra bilər.
Həkimin sözlərinə görə, söhbət yalnız adi ağ şəkərdən deyil, həm də tərkibində sadə karbohidratlar - qlükoza, fruktoza və saxaroza olan bütün məhsullardan gedir.
"Orqanizm sadə şəkərlər qəbul etməyi dayandırdıqda, o, enerji mənbəyi kimi mürəkkəb karbohidratlardan istifadə etməyə başlayır. Bu cür "yanacaq" daha yavaş sərf olunur, uzunmüddətli toxluq hissi yaradır və gün ərzində enerjinin sabit səviyyəsini təmin edir", -deyə Ustinova izah edib.
Dietoloq mürəkkəb karbohidratlara yarmalar, makaron, çörək və digər tam taxıllı məhsulları aid edib.
Bundan əlavə, şəkərdən imtina qan şəkəri və insulin səviyyəsini normada saxlamağa kömək edir. Nəticədə əhval-ruhiyyədəki kəskin dəyişikliklər azalır, beyin fəaliyyəti yaxşılaşır, artıq maye bədəndən çıxır, ödem və ağırlıq hissi azalır.
"Əgər şəkərdən imtina kalori çatışmazlığı ilə müşayiət olunursa, insan tədricən arıqlamağa başlayır. Bu isə əlavə üstünlüklər gətirir - özünü daha yaxşı hiss edir, tonus və ümumi iş qabiliyyəti artır", - deyə həkim vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
10-12 saat, hətta 3 gün belə yatan BÜRCLƏRİN SİYAHISI
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
-
Tramp: "Audi" ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq
-
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
-
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
-
"Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilməyib
-
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub













