Azərbaycandan neft məhsullarının ixracı 1,5 dəfə artıb
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan neft məhsullarının ixracı natural ifadədə 1,5 dəfə artıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə ölkədən 570,3 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış 767,3 min ton neft və neft məhsulları, habelə kütləsinin 70 faizini və ya daha çoxunu neft və ya neft məhsulları təşkil edən məhsullar ixrac edilib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə bu məhsulların ixracı dəyər ifadəsində 296,5 milyon ABŞ dolları və ya 2,1 dəfə, həmc baxımından isə 263,9 min ton və ya 1,5 dəfə artıb.
Qurumun məlumatına əsasən, hesabat dövründə qeyd olunan məhsulların ölkənin ümumi ixracında payı 2,39 faiz təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında Azərbaycandan digər ölkələrə 10,103 milyard ABŞ dolları dəyərində 15,830 milyon ton xam neft və bitumlu süxurlardan alınmış neft məhsulları ixrac edilib.
Trend-in komitənin məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 1,164 milyard ABŞ dolları və ya 13 faiz artıb. Bununla yanaşı, ixracın həcmi fiziki ifadədə 1,166 milyon ton və ya 6,9 faiz azalıb.
Oxşar xəbərlər
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Azərbaycan Milli Xalça Muzeyində "Təbii Zəka / NI - Natural Intelligence" sərgisi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah"a görə bu müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
-
Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI
-
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
-
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
-
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi













