İrana işləməyə getdi, alınmadı, çayla Azərbaycana keçmək istədi
Çayla üzüb Azərbaycana keçən İraq vətəndaşına hökm oxunub.
Far.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, 2004-cü ildə İraqın Ərbil şəhərində anadan olmuş Aqeel Hamadın (şərti) Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Aqeel Hamad Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsinin Astara rayonu, Züngüləş kəndində yerləşən 13-cü sərhəd zastavasının 6-cı sahəsindən piyada hərəkət etməklə, İrandan Azərbaycana qanunsuz olaraq keçib və həmin gün Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
İraq vətəndaşı əvvəlcə işləmək üçün İrana gedib. Orada pul qazana bilmədiyindən Azərbaycana keçmək qərarına gəlib. Lakin quru sərhədlərinin bağlı olması, pasportunu itirməsi səbəbindən "Google Maps" tətbiqindən istifadə etməklə Astara çayını keçərək, Azərbaycana qeyri-qanuni yolla daxil olub.
Züngüləş kəndi ərazisində asfalt yola doğru hərəkət edən zaman Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinib və bir il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













