Baş məşqçi: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir
Far.Az xəbər saytı

Baş məşqçi: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir


Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı Azərbaycan idmançıları üçün çox böyük təcrübədir.

"Far.Az" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbayacan yığma komandasının baş məşqçisi Orxan Mustafayev Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının açılış mərasimi zamanı bildirib.

O deyib ki, kişilərdən ibarət yığma komanda bir ilə yaxındır təlim-məşq toplanışlarında iştirak edir:

"Ölkəmiz ilk dəfədir bu yarışa rəhbərlik edir. Bu bizim idmançılarımız üçün çox böyük təcrübədir. Komandamız ruh yüksəkliyi ilə bu yarışa hazırlaşıb. İdmançılarımızdan yüksək nailiyyətlər gözləyirik. Təşkilatçı ölkə olduğumuz üçün üzərimizə böyük məsuliyyət düşür.

Bu idman 4 növdən ibarətdir. Bu gün artıq yarışlar başlayıb. Ümumiyyətlə, dünya çempionatlarında və beynəlxalq turnirlərdə komandamız çox iştirak edib. Çinin Harbin şəhərində keçirilən dünya çempionatında döyüş açılışı növü üzrə komandamız üçüncü yerə çıxıb. Ümidimiz var ki, həmin nəticə və ondan da yüksək nəticə ölkəmizdə, paytaxtımızda baş tutacaq".

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər