Həbsdəki sabiq qərargah rəisi vaxtından əvvəl azadlığa çıxdı
Far.Az xəbər saytı

Həbsdəki sabiq qərargah rəisi vaxtından əvvəl azadlığa çıxdı


Ötən il külli miqdarda rüşvət ittihamı ilə 4 illik həbsə məhkum edilmiş "N" saylı hərbi-hissənin sabiq qərargah rəisi Vüsal Əliyev azadlığa buraxılıb.

Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yerli məhkəmə belə qərar qəbul edib.

Məhkum kapitanın cəza müddətinin yarıdan çoxunu çəkməsi və cəzaçəkmə müəssisəsinin müsbət rəyi nəzərə alınıb.

Yeni qərarla Vüsal Əliyevin qalan 1 il 6 aylıq cəzası şərti hesab edilib. O, cəzaçəkmə müəssisəsindən vaxtından əvvəl azad edilib.

Qeyd edək ki, V.Əliyev bir neçə hərbi qulluqçudan külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Ona yumşaldıcı hallar nəzərə alınaraq sanksiyada nəzərdə tutulan həddən aşağı cəza verilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər