Zərdabda tiktoker həbs edildi
Far.Az xəbər saytı

Zərdabda tiktoker həbs edildi


Zərdabda vətəndaş müraciətinin araşdırılmasına mane olan tiktoker həbs olunub.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, oktyabrın 21-də Zərdab rayonunun Əlicanlı kəndindən daxil olmuş vətəndaş müraciəti ilə əlaqədar polis əməkdaşları həmin ünvanda olublar, müraciət üzrə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüblər.

Müraciət üzrə araşdırma və izahatların alınması zamanı kənd sakini, özünü fəal tiktoker kimi təqdim edən Laçın Əsədov tərəfindən əsassız ittihamlar və tələblər irəli sürülərək xidməti fəaliyyətə qəsdən maneə yaradılıb. O, intizama dəvət edilsə də, öz fəaliyyətini davam etdirib.

Buna görə L.Əsədov barəsində inzibati protokol tərtib edilib və müvafiq qərarla o, inzibati qaydada həbs olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər