Bələdiyyə sədrinin vergi borcuna görə ölkədən çıxışına məhdudiyyət qoyuldu
Daşkəsən bələdiyyəsinin sədri Etibar İlyas oğlu Alıyevin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Far.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bələdiyyənin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə 34 393.54 manat vergi borcu yaranıb.
Borc ödənilmədiyi üçün idarə tərəfindən məhkəməyə müraciət edilib.
1958-ci il təvəllüdlü Etibar Alıyev məhkəmədə bildirib ki, hazırda ödənilməsi tələb edilən borclar ona qədər yaranmış borcdur. Əvvəllər ayrılıqda fəaliyyət göstərən 5 bələdiyyə şəhər bələdiyyəsinə birləşib. Həmin bələdiyyələrin borcu da şəhər bələdiyyəsinə ötürülüb və hazırda tələb edilən borc 34 393.54 manatdır.
Sədr qeyd edilib ki, həmin borcu birdəfəyə ödəmək iqtidarında deyil. və yalnız zəruri hallarda ölkədən kənara çıxır. O, məhkəmədən qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və ona məhdudiyyət tətbiq edilməməsini xahiş edib.
Bələdiyyə sədrinin xahişi nəzərə alınmayıb və məhkəmənin hökmü ilə Etibar Alıyevın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama













