ABŞ Tacikistanın Rusiyadan yan keçməklə Transxəzər marşrutunda iştirakının tərəfdarıdır
ABŞ Çini Xəzər dənizi, Asiya və Qafqaz ölkələri vasitəsilə Avropa ilə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) layihəsində Tacikistanın iştirakının tərəfdarıdır.
“Far.Az” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin Düşənbədəki səfiri Manuel Mikaller Tacikistanın “Xovar” dövlət agentliyinə müsahibəsində deyib.
"Biz Tacikistanın Mərkəzi Asiyanı Qafqaz və Avropa bazarları ilə birləşdirəcək Transxəzər ticarət marşrutunda iştirakına tərəfdarıq. Biz ABŞ-ni və Mərkəzi Asiyadakı 5 tərəfdaşımızı birləşdirən "C5+1" diplomatik platforması vasitəsilə bu tərəfdaşlarla daha sıx əməkdaşlığa və dünya bazarlarına çıxmağa kömək edəcəyimizə ümidvarıq”, – o bildirib.
Xatırladaq ki, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Dəhlizlə dəmir yolu və dəniz nəqliyyatından istifadə edilməklə konteyner daşımaları həyata keçirilir.
2022-ci ildə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Aİ-nin Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlığı, o cümlədən Rusiyadan asılı olmayan yeni nəqliyyat dəhlizlərinin tikintisi hesabına genişləndirmək niyyətində olduğunu bildirib. Söhbət xüsusilə Orta Dəhlizdən gedib.
Oxşar xəbərlər
Ekspert: "Transxəzər dəhlizi Hind okeanından keçən ənənəvi dəniz yoluna etibarlı alternativdir"
İranın Zəngəzur yolu iddiası – Tehran Moskvaya qarşı - ŞƏRH
Qazaxıstan 2030-cu ilə qədər limanların gücünü 30 milyon tona çatdıracaq
Qazaxıstan Aktau və Kurık limanları ilə yükdaşımanın həcminə dair proqnoz açıqlayıb
Azərbaycan-Özbəkistan əməkdaşlığının daha geniş mənada regional əks-sədasını gözləmək olar - RƏY
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













