HUAWEI WATCH GT 6 PRO: Sağlam həyat üçün ağıllı yoldaş
Texnologiya və sağlamlığın birləşdiyi nöqtədə dayanan HUAWEI WATCH GT 6 Pro, gündəlik həyatı, idman məşqlərini və sağlamlıq vəziyyətinin izlənilməsini tamamilə yeni yüksək səviyyəyə çatdırır.
Bu ağıllı saat təkcə görünüşü ilə deyil, həm də professional xüsusiyyətləri ilə seçilir. O, həm idmançılar, həm də aktiv həyat tərzi sürən istifadəçilər üçün əvəzolunmaz yardımçı kimi çıxış edir.
HUAWEI WATCH GT 6 Pro-nun dizaynı həm estetik, həm də funksional baxımdan mükəmməldir. Titan ərintisindən hazırlanmış korpus yüngül, eyni zamanda son dərəcədə davamlıdır. Sapfir şüşə ekran cızılmasına qarşı yüksək müqavimət göstərir, bu da saatı uzun zaman kəsiyində parlaq saxlayır.
1.47 düymlük AMOLED ekran indi əvvəlki nəsil saatlara nisbətən 5,5% daha böyükdür, parlaqlığı isə 1,5 dəfə çoxdur - 3000 nit səviyyəsindədir. Bu isə, günəşli günlərdə belə ekran məlumatlarını rahat oxumağa imkan verir.
Saat həm IP69, həm də 5ATM qoruma standartlarına malikdir, bu da onu tozdan, sudan və ekstrimal hava şəraitindən etibarlı şəkildə qoruyur. İstər dağ yürüşündə, istər dəniz sahilində - HUAWEI WATCH GT 6 Pro həmişə sizinlədir.
İDMAN REJİMLƏRİNƏ ELMİ VƏ TEXNOLOJİ BAXIŞ
Yeni nəsil HUAWEI Sunflower geolokasiya sistemi sayəsində HUAWEI WATCH GT 6 Pro marşrut dəqiqliyini 20% artırıb. Bu, xüsusilə velosipedçilər üçün vacibdir: artıq siz pedala hər basma gücünü, məsafəni və məşq ritmini daha dəqiq təhlil edə biləcəksiniz.
Bundan əlavə, saat velosiped və qolf rejimləri, həmçinin açıq hava idman növləri üçün optimallaşdırılmış funksiyalarla təchiz edilib. İdman zamanı hər bir hərəkət avtomatik tanınır və nəticələr dərhal analiz olunaraq HUAWEI HEALTH tətbiqində detallı hesabat şəklində əks olunur.
Güclü batareya ilə 21 günə qədər enerji təminatı istifadəçiləri tez-tez şarj etmə zərurətindən azad edəcək. Uzun yürüşlər və səyahətlər zamanı isə bu xüsusiyyət əvəzolunmazdır.
HUAWEI WATCH GT 6 PRO VƏ HUAWEI WATCH GT 6 İLƏ SAĞLAMLIĞINIZ BİR BARMAQ TOXUNUŞUNDA
GT 6 Pro-nun əsas üstünlüklərindən biri HUAWEI TruSense sistemidir. Bu texnologiya ürək döyüntülərini, EKQ, SpO₂-qanda oksigenin səviyyəsini, stresi, yorğunluq göstəricilərini və yuxu keyfiyyətini daha dəqiq analiz edir.
Nəticədə siz yalnız bədəninizin vəziyyətini deyil, həm də emosional balansınızı tam anlayırsız. Saat sizə bərpa və istirahət üçün tövsiyələr verir.
HUAWEI-in bu ağıllı saatları da digərləri kimi həm Android, həm də iOS sistemləri ilə tam uyğundur və sinxron işləyirlər.
Ölçülərinə gəldikdə isə HUAWEI WATCH GT 6 Pro modeli 46 mm diametrli korpus ölçüsündə,
HUAWEI WATCH GT 6 modeli isə 2 ölçüdə, 46 mm və 41 mm olaraq alıcılarına təklif edilir.
Qalereya
Oxşar xəbərlər
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
HUAWEI Watch FIT 4 və HUAWEI Watch FIT 4 Pro : Gənclər üçün stil, sərbəstlik və ağıllı texnologiyalar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
HUAWEI nova 13 və HUAWEI nova 13i - Öz Üslubunu Yarat
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın 40 rayonunda əkin sahələrinin aprobasiyası prosesi aparılır
-
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb
-
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
-
Antonelli "Formula 1"in Kanada Qran-Prisinin qalibi olub
-
Serenay Sarıkaya sərbəst buraxıldı
-
SOCAR-a yeni mətbuat katibi təyin edilib













