Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi
Bakıda tanış olduğu kişiləri şantaj edən qadın həbs edilib.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Billurə Quliyeva (ad-soyad şərtidir) təsadüfən tanış olduqları kişilərdən əvvəlcə görüş üçün pul istəyib. Pulu ala bilmədikdə isə müxtəlif üsullarla şantaja başlayıb.
Polisin saxlayıb istintaq apardığı həmin şəxsin hədə-qorxu ilə tələb etmə ilə bağlı cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Zərərçəkmiş kişilərdən biri deyib ki, qadınla maşınyuma məntəqəsində tanış olub. Bir müddət danışdıqdan sonra qadın onu şantaj edib. 200 manat verməyəcəyi təqdirdə, evinə gələrək ailəsinin yanında onu biabır edəcəyi ilə hədələyib.
Qadın ittihamları qəbul etmir. Təqsiri sübuta yetirilsə, onu 5 ildən 10 ilədək həbs cəzası gözləyir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
-
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb













