Qanunsuz quş ovlayan şəxslər cərimələndi - biri Türkiyə vətəndaşıdır
"Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Şabran rayonunun Xəzər dənizi sahil zolağında ov qaydalarını pozan şəxslər saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı ov qaydalarını pozan şəxslərin Türkiyə Respublikası vətəndaşı Mervan Çağrı Tapınç və Bakı şəhər sakini Zahid Həsənov olduğu müəyyən edilib. Saxlanılan şəxslərin 99-FF-776 dövlət qeydiyyat nişanlı "Niva" markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş 3 Şahin quşu, 1 göyərçin və 3 tələ aşkar olunub.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunaraq hər birinə 2000 manat məbləğində cərimə tətbiq edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ov fəaliyyəti ilə məşğul olan şəxsləri qaydalara ciddi əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan edilmiş alətlərlə ov etməkdən çəkinməyə çağırır.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şuşada partlayıcı tələ aşkarlanıb
20 su emalı müəssisəsində mikrobioloji çirklənmə aşkarlanıb
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi
-
Masallının böyük bir hissəsi qazsız qalacaq
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb













