Cəlilabadda keçirilən kros qaçışı üzrə payız ölkə çempionatının qalibləri bəlli olub
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının (AAF) təşkilatçılığı ilə Cəlilabadda keçirilən kros qaçışı üzrə payız ölkə çempionatının qalibləri bəlli olub.
BAKU.WS AAF-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Lənkəran, Astara, Cəlilabad, Xızı, Quba, Xaçmaz, İsmayıllı, Bərdə, Gədəbəy və Ordubaddan 150-dən artıq atlet mübarizə aparıb.
Açılış mərasimində çıxış edənlər yarışın əhəmiyyətini qeyd edib və iştirakçılara uğurlar arzulayıblar.
Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə idmançısı Bəxtiyar Əsgərli növbəti dəfə ölkə çempionu adını qazanıb.
6 km məsafədə Səlim Quluzadə, 3 və 2 km-də isə müvafiq olaraq Əli Rzazadə və Namiq Babayev qalib olublar.
Qadınlar arasında 6 km məsafəyə qaçışda İsmayıllı təmsilçisi Xatirə Hidayətzadə bütün rəqiblərini geridə qoyaraq Azərbaycan çempionu olub.
4 km-də Leyla Abduləzizova, 2 km-də Azəri Məmmədli, 1 km-də isə Nila Heydərova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













