"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi
Far.Az xəbər saytı

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi


"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər.

Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3" mağazasının müdirini satılan mallardan əldə edilən pulları mənimsəməkdə ittiham ediblər.

Onlar bu məsələ ilə bağlı mağaza müdirini döyüb, müxtəlif vasitələrlə hədə-qorxu gələrək şirkətə vurduğu ziyana görə 88 min manat pul tələb ediblər.

Zərərçəkmiş şəxsin polisə şikayətindən sonra şirkət rəhbəri Rəhman Məmmədov və işçisi Tərlan Qasımzadə saxlanılıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə - zor tətbiq etməklə) maddəsi ilə ittiham irəli sürülüb, dünən axşam hər ikisi barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, "Omid" təmir, inşaat və məişət əşyalarının topdan və pərakəndə satışı üzrə Azərbaycanda ən böyük mağazalar şəbəkələrdən biridir. Şirkətin Bakı, Gəncə, Sumqayıt şəhərlərində və rayonlarda 100-ə yaxın filialı var.

Oxşar xəbərlər

"Omid"in bir mağazasının fəaliyyəti qismən MƏHDUDLAŞDIRILIB
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Bakıda avtomobil şinləri satılan anbarın fəaliyyəti dayandırıldı
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər