14 yaşlı qıza evlənəcəyini vəd edərək cinsi əlaqəda olan şəxs HƏBS EDİLDİ
Lənkəran Ağır Cinayətlər Məhkəməsi azyaşlıya qarşı cinsi istismar işi üzrə höküm çıxarıb.
Far.Az-in məlumtına görə, məhkəmə 2004-cü il təvəllüdlü Kürdəmir rayon sakini təqsirləndirilən şəxsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə təkrarən cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə təqsirli bilib.
Məhkəmənin müəyyən etdiyinə görə, təqsirləndirilən 2024-cü ilin oktyabr və noyabr ayları, habelə 2025-ci ilin fevral ayında Kürdəmir rayonunun Topalhəsənli kəndində yerləşən evinin bağ sahəsində 2011-ci il təvəllüdlü zərərçəkmiş qızla bir neçə dəfə cinsi əlaqədə olub.
Təqsirləndirilən məhkəmədə özünü qismən təqsirli bilərək, zərərçəkmişin yaşını bilmədiyini, onun razılığı ilə münasibətdə olduğunu və gələcəkdə evlənmək niyyətində olduğunu bildirib. O, ifadələrində ziddiyyətlər olduğunu qəbul edib və DNT analizi tələb edib, çünki zərərçəkmişin doğduğu uşağın ondan ola biləcəyindən şübhələnib.
Zərərçəkmiş qız isə məhkəmədə ifadəsində təqsirləndiriləni uşaqlıqdan tanıdığını, onun evlənmək vədinə inandığını və razılığı ilə münasibətdə olduğunu söyləyib. O, təqsirləndirilənə qarşı şikayətinin olmadığını və onu bağışladığını qeyd edib. Məhkəmə zərərçəkmişin qanuni nümayəndəsi olan anasının da iştirakı ilə işi araşdırıb.
Məhkəmə təqsirləndirilənin əməlini sübut olunmuş hesab edib. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 3 (üç) il müddətə yetkinlik yaşına çatmayanlarla bağlı vəzifə tutma və fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













