

"Bakı Fond Birjası"nın dövriyyəsi 2 dəfədən çox artıb
Bu ilin yanvar-avqust aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 29 milyard 575,296 milyon manat təşkil edib.
“Far.Az” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 25,4 % artaraq 9 904 olub.
BFB-nin dövriyyəsinin 79,15 %-i, yaxud 23 milyard 407,782 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 3,4 dəfə çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 6,85 % azalaraq 4 milyard 802,552 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 51,7 % artaraq 1 milyard 364,963 milyon manat olub.
Oxşar xəbərlər
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
“International” BOKT-un istiqrazları listinqə daxil edilib
Azərbaycanın daxili dövlət borcu 705,5 mln. manat artıb
Azərbaycanın dövlət zəmanətli borcunun məbləği və tərkibi məlum olub
AMB: "Dollar satışında məhdudiyyətlərin mövcudluğu ilə bağlı xəbərlər reallığı əks etdirmir" - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropa Komissiyası: ABŞ-nin Aİ mallarına rüsum tətbiq etməsi qanunsuzdur
-
Abşeronda avtomobil 60 yaşlı qadını vuraraq öldürüb
-
Dünya Bankı Bakıda "Dünyanın İnkişafı haqqında Hesabat"ını təqdim edir
-
İcma: Ermənistanın sülhə və insan hüquqlarına qarşı fəaliyyətindən ciddi şəkildə narahatıq
-
Hövsanda kişi bir il əvvəl boşandığı qadına ağır xəsarət yetirməkdə şübhəli bilinir
-
Hərbi Hava Qüvvələrinin aviasiya bölmələri təlim-məşq uçuşlarını icra ediblər