Mikayıl Cabbarov güləşçilərin uğuru ilə bağlı paylaşım edib
Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatı Azərbaycan güləşi üçün tarixi uğurla yadda qalıb.
BAKU.WS xəbər verir ki. bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
Qurumun rəhbəri idmançıları qazandıqları medallara görə təbrik edib:
"U-23 dünya çempionatında Azərbaycan güləşi üçün tarixi uğur! Komandamız Serbiyanın Novi Sad şəhərində keçirilən yarışda parlaq çıxış edərək 7 medal qazandı - 3 qızıl, 1 gümüş və 3 bürünc. Bu nəticə Azərbaycanın U-23 dünya çempionatları tarixində ən yaxşı göstəricidir! İradə, intizam və xarakter nümayiş etdirərək bayrağımızı bir daha ucaldan güləşçilərimizlə qürur duyuruq! Bu möhtəşəm nailiyyət münasibətilə idmançılarımızı, onların məşqçilərini və valideynlərini ürəkdən təbrik edirik. Gələcək daha da parlaqdır - yeni qələbələr bizi gözləyir".
Qeyd edək ki, Novi Sadda Elmir Əliyev (55 kq), Ziya Babaşov (63 kq) və Kənan Heybətov (70 kq) dünya çempionu olub. Xetaq Karsanov (125 kq) gümüş medal qazanıb. Ruslan Nurullayev (72 kq), Günay Qurbanova (59 kq) və Ali Tsokayev (86 kq) isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
U23 Dünya Çempionatında Azərbaycan güləşi üçün tarixi uğur!
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 30, 2025
Komandamız Serbiyanın Novi Sad şəhərində keçirilən yarışda parlaq çıxış edərək 7 medal qazandı — 3 qızıl, 1 gümüş və 3 bürünc. Bu nəticə Azərbaycanın U23 Dünya Çempionatları tarixində ən yaxşı göstəricidir!
🥇 Dünya… pic.twitter.com/DoX1e9yBD4
Oxşar xəbərlər
Azercell-in kibertəhlükəsizlik komandası "CIDC-2025 – Critical Infrastructure Defence Challenge" yarışında böyük uğur qazandı!
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb













