Salyanda xoşagəlməz hadisə: Pulu itdiyi üçün şagirdin pulqabısını yoxlayan müəllim CƏZALANDIRILDI
Far.Az xəbər saytı

Salyanda xoşagəlməz hadisə: Pulu itdiyi üçün şagirdin pulqabısını yoxlayan müəllim CƏZALANDIRILDI


Salyanda məktəblərin birində pulu itən müəllimin şagirdin çantasını yoxlaması barədə məlumat yayılıb.

Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi açıqlama yayıb.

Bildirilib ki, hadisə Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli Texniki və təbiət fənləri təmayüllü liseydə kimya müəllimi ilə 10-cu sinif şagirdi arasında baş verib.

Qeyd edilib ki, müəllim çantasında olan pul vəsaitinin şagird tərəfindən götürüldüyünü ehtimal edərək onun pulqabısını yoxlayıb. Bundan xəbər tutan valideyn məktəbə gələrək etirazını bildirib.

Bundan sonra təhsil müəssisəsinin rəhbərliyi tərəflərlə söhbət aparıb, bu cür halların birgə müzakirələrlə aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb.

"Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna, dərs prosesində buraxdığı nöqsana görə, məktəbin Pedaqoji Şurasının 28.10.2025-ci il tarixində keçirilən iclasının qərarı əsasında müəllim barəsində intizam tənbeh tədbiri görülüb.

Oxşar xəbərlər

Valideynlərin DİQQƏTİNƏ! Lisey və gimnaziyalara imtahan vaxtı AÇIQLANDI
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Sabirabadda su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər