Heyvanlardan insanlara keçə bilən ən təhlükəli XƏSTƏLİKLƏR
Mütəxəssislər heyvanlardan insanlara keçən (zoonoz) xəstəliklərin qlobal səhiyyə üçün ciddi təhlükə yaratdığını bildirirlər. Bu xəstəliklər həm ev heyvanlarından, həm də vəhşi heyvanlardan insanlara yoluxa bilər və bəzən pandemiya miqyaslı fəsadlara səbəb olur.
BAKU.WS xəbər verir ki, səhiyyə mütəxəssislərinin məlumatına görə, quduzluq, quş qripi, donuz qripi (H1N1), Ebola, MERS və SARS koronavirusları, həmçinin tulyaremiya və brusellyoz kimi infeksiyalar ən təhlükəli zoonoz xəstəliklər sayılır.
Quduzluq xüsusilə it və yarasalardan keçərək ölümcül beyin iltihabına səbəb olur. Quş və donuz qripi virusları isə mutasiyaya uğrayaraq insandan insana keçmə qabiliyyəti qazanır və geniş yayılır. Ebola virusu meymunlardan və yarasalardan keçərək daxili qanaxmalarla müşahidə olunan ağır infeksiyaya yol açır.
Bundan əlavə, MERS və SARS-CoV virusları da zoonoz mənşəlidir və son illərdə qlobal epidemiyalara səbəb olub.
Brusellyoz və tulyaremiya isə daha çox heyvandarlıqla məşğul olan insanlar arasında müşahidə olunur.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edir ki, zoonoz xəstəliklərin qarşısını almaq üçün baytarlıq nəzarətinin gücləndirilməsi, təmiz qida istehsalı və vəhşi heyvanlarla təmasın azaldılması vacibdir.
Oxşar xəbərlər
Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər – Mütəxəssislər xəbərdarlıq edir
Heyvanlardan insanlara ən çox keçən xəstəliklər - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sərnişinlər metro əvəzinə taksini seçirlər - SƏBƏB
-
Xalq artisti ayrıldığı həyat yoldaşından danışdı
-
"Tut" restoranında qida məhsulunda uyğunsuzluq aşkarlandı, icraat başlandı
-
İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək
-
Bahalı həyat tərzini nümayiş etdirməyin səbəbləri nədir?
-
İlham Əliyev: "İqtisadiyyatımızın aparıcı təkanverici qüvvəsi qeyri-neft sektordur"













