122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI
Far.Az xəbər saytı

122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI


Bahalı həyat tərzi ilə diqqət çəkən azərbaycanlı məşhurlar bəzən yeni aldıqları, bahalı aksessuarlar, maşın və telefon nömrələri, lüks avtomobillər, böyük evlərlə gündəm olublar. Artıq demək olar ki, "lüks və bahalı" sözləri bu tanınmışların həyat tərzinə çevrilib. Onlar bu barədə ya sosial şəbəkədə paylaşımlar ediblər ya da ki, verilişlərdə özləri açıqlayıblar.

Far.Az həmin məşhurların bəzilərini oxuculara təqdim edir:

Əməkdar artist Coşqun Rəhimov

Aktyor bir neçə gün əvvəl iştirak etdiyi verilişlərdən birində 30 000 AZN-lik telefon nömrəsi olduğunu etiraf edib. O "Efirdən kənar"a qonaq olan zaman aparıcı "Telefon nömrəniz xüsusi bir rəqəmlərdən ibarətdir və Azərbaycanda satılmır. Satılanda isə fantastik qiymətdir. Hazırda qiyməti 25-30 min manatdır. Maşın nömrəniz xüsusidir" sözlərini deyib. Bunu təsdiqləyən C.Rəhimov "Bunlar hədiyyə və təsadüfdür. Buna köklənməmişəm. Hobbi sonradan xəstəliyə çevrilir. Olmayanda insan başlayır aqresiv olmağa. Hansısa yaş dövrünə kimi hobbim olub" sözlərini əlavə edib.

122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI

Xalq artisti Röya Ayxan

İfaçı mətbuatda 220 932 AZN-lik bahalı "look"u ilə uzun müddət müzakirələrə səbəb olub. Əynindəki bahalı geyimi "Elisabetta Franchi" markasına aid olub. Libasın dəyəri 1060 dollar olub (təxminən 1802 AZN) Sənətçinin ayaqqabısı "Giuseppe Zanotti" brendinə aiddir, qiyməti isə 1100 dollar olub (təxminən 1870 AZN) O sarı rəngli geyimlərini "Bulgari" brendinə aid bahalı zinət əşyaları ilə tamamlayıb. Boyunbağısının qiyməti 82 000 dollar (təxminən 139 400 AZN), sırğası 26300 dollar (təxminən 44 710 AZN), üzüyü isə 19500 dollar (təxminən 33 150 AZN) olub.

122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI

Müğənni Bahar Lətifqızı

Bir neçə gün əvvəl "Rəngarəng" verilişinə qonaq olan müğənni Ağ Şəhərdən mənzil aldığını deyib. Evin qiyməti nə az nə çox 500 000 AZN olub. təxminən yarım milyon manata alıb. Bahar Lətifqızı evinin dəyərini gizlətmədiyini qeyd edib:

"Evin qiyməti təxminən yarım milyona yaxındır. Ağ Şəhər tərəfdə yerləşdiyi üçün bahadır. Mən bunu gizlətmirəm. 180 min manat borcum var idi, onu da tədricən ödəyirəm".

122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI

Əməkdar artist Ədalət Şükürov

Sənətçi 14 000 AZN-lik saatı müzakirələrə səbəb olub. O sosial şəbəkə hesabında məclislərdən birində olan görüntülərini paylaşıb. Şükürov qolundakı yeni və bahalı saatı ilə diqqət çəkib. Aksessuar İsveçrənin məşhur saat markalarından olan "Jaeger-lecoultre"ə aid olub. Qeyri-adi funksiyası ilə seçilən qol saatının qiyməti 8 680 dollardır. (təxminən 14 min 756 AZN)

122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI

Model Diana Əhədpur

Lüks həyatı ilə daim diqqət mərkəzində olan məşhurlardan biridə model Diana Əhədpurdur. O 122 000 AZN-lik çantası müzakirələrə səbəb olmuşdu. Model sosial şəbəkədə "Hermes" brendinin "Birkin alligator" modelli çantası ilə olan fotosunu paylaşıb. Məlumatlara görə, bu aksessuarın qiyməti 122 000 AZN idi.

122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI

Müğənni Vəfa Şərifova

Vəfa şou-biznesdə ən bahalı maşın sürən sənətçi Vəfa Şərifovadır desək yerinə düşər. O 400 000 AZN-lik qara rəgli "Gelendewagen" markalı avtomobil idarə edir. Maşının bahalı "10TV100" nömrə nişanı da var.

122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI

Müğənni Təranə Qumral

Sənətçi bir neçə gün əvvəl dəvət olunduğu verilişlərdən birinə 120 000 AZN dəyərində qızıl taxıb. Veriliş zamanı onun qızıllarını ekpert dəyərlərndirib. Sənətçinin üzərindəki saat, qolbağlar, üzüklər və boyunbağılar ümumilikdə 120 000 AZN təşkil edib.

122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI

Oxşar xəbərlər

Bu azərbaycanlı məşhurların övladı birinci sinifə gedir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər