"Sovetski"də tarixi abidələrin sayı məlum oldu - RƏSMİ
Far.Az xəbər saytı

"Sovetski"də tarixi abidələrin sayı məlum oldu - RƏSMİ


"Hazırda "Sovetski" adlanan ərazidə dövlət mühafizəsində olan 70-dən çox tarixi abidə, həmçinin memarlıq və mədəni dəyəri olan 50-dən artıq bina yerləşir".

Far.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov jurnalistlərə açıqlamasında deyib.

"Beləliklə, ümumilikdə 120-dən artıq binanın saxlanılması, "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" əsasında həmin binaların bir hissəsinin tarixi əhəmiyyətinin və dəyərinin yenidən qiymətləndirilməsi nəzərdə tutulur",-deyə Riad Qasımov əlavəı edib.

Oxşar xəbərlər

"Sovetski"dən köçürülən ailələrin sayı açıqlandı - RƏSMİ
"Sovetski"də aparılan yenidənqurma işləri ilə bağlı YENİ XƏBƏR
18 Aprel - Beynəlxalq Abidələrin Mühafizəsi Günüdür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər