Azərbaycan neftinin qiyməti 65 dollardan aşağı düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,63 ABŞ dolları, yaxud 0,96 % azalaraq 64,8 ABŞ dolları təşkil edib.
Far.Az xəbər verir ki, bu barədə report-a neft bazarındakı mənbədən bildirilib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 63,66 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,69 ABŞ dolları və ya 1,09 % azalaraq 62,68 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan neftinin qiyməti 64 dollardan aşağı düşüb
Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı düşüb
Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb
Azərbaycan neftinin qiyməti 67 dollardan aşağı düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
71 saylı avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR! YENİLƏNDİ...
-
2026-cı ildə tək qalmaq təhlükəsində olan bürclər
-
Xaricdə işə düzəlmə adı ilə ALDANDILAR
-
"Neftçi" klubu 2500 manat cərimələnib
-
Qərbi Azərbaycan Xronikası: Ermənilər niyə sərhəd kəndlərini tərk edir?
-
"Çelsi" ilə oyunda "Qarabağ"ın hansı oyunçuları zədələnib? - RƏSMİ CAVAB













