Xətai sakinlərinin yol problemi niyə həll olunmur?
Far.Az xəbər saytı

Xətai sakinlərinin yol problemi niyə həll olunmur?


Xətai rayonu, Əhmədli qəsəbəsi, Əliağa Vahid küçəsində yaşayan sakinlər uzun illərdir yol problemi yaşayırlar.

Onların sözlərinə görə, yaşadıqları küçələrə bitişik bütün yollara asfalt çəkilib, təkcə onların yolundan başqa.

Sakinlər bildiriblər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, heç bir tədbir görülməyib:

"Dəfələrlə bələdiyyəyə, kənd sovetinə müraciət etmişik ki, bizə kömək etsinlər. Amma tədbir görən yoxdur".

Digər bir sakin isə qeyd edib ki, 1975-ci ildən yolun vəziyyəti bu haldadır:

"Mən bura 1975-ci ildən gəlmişəm. O zamandan buranın vəziyyəti belədir. Hərəmiz evimizin qabağına bir az asfalt tökmüşük", - deyə o bildirib.

Sakinlərin probleminin həlli ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən suallara cavab alına bilməyib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər