Sumqayıtda çöpçü belə ifşa olundu - Ağzında gizlətdiyi nə idi?
Far.Az xəbər saytı

Sumqayıtda çöpçü belə ifşa olundu - Ağzında gizlətdiyi nə idi?


Sumqayıt şəhərində fəaliyyət göstərən "çöpçü" qadının insanları aldatdığı iddia edilib. Valideyn bildirib ki, övladlarında hər dəfə "çöp qalması" ilə bağlı tanışların məsləhəti əsasında həmin qadının yanına gedib və o, hər dəfə 10 manat qarşılığında guya "çöp çıxarıb".

BAKU.WS patrul.az-a istinadən xəbər verir ki, şikayətçinin dediyinə görə, son zamanlar vəziyyətdən şübhələndiyi üçün "çöpçü" qadının icra etdiyi prosesi gizli şəkildə videoya çəkib.

Görüntülərdə qadının öz ağzından uşağın burnuna doğru güclü şəkildə üfürərək "çöp çıxarırmış kimi" hərəkətlər etdiyi əks olunur.

Sumqayıtda çöpçü belə ifşa olundu - Ağzında gizlətdiyi nə idi?

Videoda vizual olaraq sanki uşağın boğazından nəsə çıxarılır kimi təsir yaransa da, faktiki olaraq qadının sadəcə nəfəs verərək bu təəssüratı yaratdığı və cismi öz ağzından açıq - aydın üfürdüyü görünür.

Valideynin sözlərinə görə, hadisədən sonra uşağın hərarəti 39 dərəcədən düşməyib və həkimlər bunun diş çıxarma mərhələsi ilə bağlı olduğunu bildiriblər.

O, məsələnin cəmiyyət üçün ibrət olması məqsədilə ictimailəşdirildiyini və bu qadının fəaliyyətinin araşdırılmasını xahiş edib.

Qeyd edək ki, iddialara görə, sözügedən qadın Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində, "Şamil Market"lə üzbəüz binada yaşayır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Almaniyada bakılı polisindən maraqlı AÇIQLAMALAR - Son zamanlar...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər