Ərdoğan: Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılmışdır
Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, müstəqillik və ləyaqət uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi kimi ortaq tariximizə qızıl hərflərlə yazılıb.
Far.Az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı bildirib.
Ərdoğan deyib: "Bundan 45 gün əvvəl əslən qarabağlı olan böyük bir şairimiz rəhmətə getdi. Mərhum Yavuz Bülənd Bakilər Qarabağa olan həsrətini bu misralarla dilə gətirmişdi:
Torpağına bayraqlarla girə bilərəm.
Qara sevdalılar kimi həsrətəm Qarabağa.
Uğrunda ölə bilərəm.
Bir gün bitərsə hər şey Qarabağı görmədən,
İstəmərəm lentlər, çələnglər.
Allahım, ruhuma bir az rahatlıq ver.
Üstümə oxunmuş bir neçə ovuc mübarək Qarabağ torpağı səpilsə, kifayət edər.
İllər boyu şairlər Qarabağ üçün belə həsrət dolu şeirlər yazmışlar. İlham qardaşımın liderliyi altında Azərbaycan Ordusu Qarabağı işğaldan qurtararaq, könüllərdəki 30 illik yanğını da söndürdü. Allaha şükürlər olsun, bu gün Laçından Şuşaya, Zəngilandan Xankəndiyə, Xocalıdan Füzuliyə qədər Qarabağın hər qarışında hüzur var, inkişaf var, barış, rifah və azadlıq var".
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxış edib - CANLI
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda Zəfər Günü ilə bağlı konsert keçiriləcək
-
Prezident İlham Əliyev Zəfər Günü münasibətilə paylaşım edib
-
Bakıda hərbi parad bu səbəbdən 13:00-da keçiriləcək
-
Beynin bir nömrəli dərmanı bu qida imiş - Alimlərdən yeni kəşf
-
Bakıda Zəfərin beşinci ilinə həsr olunan hərbi parad keçirilir - CANLI
-
Mətbuat Şurası: Azərbaycan jurnalistləri Zəfərin qazanılmasına mənəvi və ideoloji töhfə verdilər













