Hacıqabulda Zəfər Bağı salınıb
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Şanlı Zəfərimizin beşinci ildönümü münasibəti ilə Hacıqabul Quşçuluq Şirkəti tərəfindən genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub, şirkət ərazisində Zəfər Bağı salınıb.
Far.Az xəbər verir ki, aksiyanın keçirildiyi ərazidə ilk öncə iməkcik təşkil olunub, ərazi yararsız tullantılardan təmizlənərək zeytun ağaclar əkilib, aqrotexniki qaydada qulluq işləri aparılıb.
Məlumat üçün bildirək ki, Zəfər Bayramı münasibəti ilə keçirilən iməclik şirkət ərazisində ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Tədbir çərçivəsində bayram münasibətilə Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, o cümlədən digər aztəminatlı ailələrə bayram sovqatları göndərilib. Şəhid ailələri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Zəfər muzeyinin açılışı olub
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib













