Şirkət azərbaycanlı turistləri aeroportda çarəsiz qoydu - "Shani Travel" qayıdış bileti almayıb?
Far.Az xəbər saytı

Şirkət azərbaycanlı turistləri aeroportda çarəsiz qoydu - "Shani Travel" qayıdış bileti almayıb?


Bakıdan İordaniya-Misir istiqamətində tur paketi alan bir qrup Azərbaycan vətəndaşı ciddi problemlə üzləşib.

Far.Az-in "qaynar xətti"nə daxil olan məlumata görə, "Shani Travel" şirkətindən paket alan turistlər "Şarm əl-Şeyx" hava limanında saatlarla gözləməli olub.

Şikayətçilərdən biri - Hüseynov Saməddin Rəşid oğlu Far.Az-ə bildirib ki, qrup halında səfərə çıxan 21 nəfər artıq 10 saatdır hava limanında qalıb və onlara qayıdış biletinin alınmadığı deyilib.

Şirkət azərbaycanlı turistləri aeroportda çarəsiz qoydu -

O əlavə edib ki, qayıtmaq üçün 900 AZN bilet pulu lazımdır və turistlərdə bu məbləğ yoxdur.

Məsələ ilə bağlı "Shani Travel" şirkəti ilə əlaqə saxladıq və turistlərə qayıdış biletinin alınıb-alınmadığını dəqiqləşdirməyə çalışdıq. Şirkətdən Far.Az-ə azərbaycanlı turistlərin "Şarm əl-Şeyx" hava limanında qalmaları təsdiqlənib:

"Azərbaycanlı tauristlər üçün Qahirədən Bakıya bilet alınıb. Sadəcə transfer turistləri gecikdirdiyi üçün onlar uçuşu qaçırdıblar. Turistlərə qeydiyyatdan bitəndən sonra hava limanına çatıblar. Turistləri hava limanına vaxtında çatdırmaq bizim şirkətin boynunda olub. Əməkdaşlıq etdiyimiz şirkət ucbatından tursitlər vaxtında hava limanına çatdırılmayıblar. Bu vəziyyətdə hər şey şirkət tərəfindən qarşılanır. Hazırda danışıqlar aparırıq və bir gecə qaldıqdan sonra Bakıya yola salınacaq".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər