Tofiq Musayev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığı gücləndirməyə və dərinləşdirməyə davam edir
Azərbaycan hesab edir ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, ortaq məxrəclərə əsaslanmaqla danışıqlarda daha da irəliləyiş əldə etmək mümkündür.
"Far.Az" xəbər verir ki, bu sözləri BMT Təhlükəsizlik Şurasının üzvlüyünün genişləndirilməsi və ədalətli təmsilçilik məsələləri üzrə hökumətlərarası danışıqlar çərçivəsində BMT Təhlükəsizlik Şurasının islahatı üzrə Afrika Modelinin müzakirəsi zamanı Azərbaycanın BMT yanında Daimi nümayəndəsi Tofiq Musayev deyib.
Onun sözlərinə görə, "Gələcək üçün Pakt"da dövlət və hökumət başçıları Təhlükəsizlik Şurasını daha təmsilçi, inklüziv, şəffaf, effektiv, səmərəli, demokratik və hesabatlı etmək üçün islahatlara sadiq olduqlarını bir daha təsdiqləyiblər, eyni zamanda Afrikaya qarşı tarixi ədalətsizliklərin həllinin prioritet və xüsusi məsələ olduğunu qəbul ediblər.
"Həmsədrlərin yenidən işlənmiş "Elementlər Sənədində" qeyd edildiyi kimi, üzv dövlətlər arasında Təhlükəsizlik Şurasında Afrika təmsilçiliyinin artırılmasına geniş dəstək var. Azərbaycan bu mövqeyə ardıcıl olaraq sadiq qalır, Afrika ölkələri ilə sülh və təhlükəsizlik, davamlı inkişaf və humanitar əməkdaşlıq da daxil olmaqla geniş sahələrdə dialoq və tərəfdaşlığı gücləndirməyə və dərinləşdirməyə davam edir".
At today’s meeting of the Intergovernmental Negotiations on the question of equitable representation on and increase in the membership of the Security Council and other related matters to the Security Council (IGN), Azerbaijan outlined its position on the African Model,… pic.twitter.com/N7oT0rtRSz
— Azerbaijan UN 🇦🇿 (@AzmissionUN) April 20, 2026
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ceyhun Bayramov Banqkokda səfərdədir
-
Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb
-
Bakıda avtomobillə motosiklet toqquşub, ölən var
-
İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib
-
Azərbaycanda 15 yaşlı qız dünyaya uşaq gətirdi
-
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq













