Niderlandda miqrantların yerləşdirilməsi ilə bağlı etiraz polislə toqquşma ilə nəticələnib
Far.Az xəbər saytı

Niderlandda miqrantların yerləşdirilməsi ilə bağlı etiraz polislə toqquşma ilə nəticələnib


Niderlandın Loosdrext bələdiyyəsində sığınacaq axtaranlar üçün müvəqqəti mərkəzin açılmasına qarşı keçirilən etiraz aksiyası polislə qarşıdurmaya çevrilib.

"Far.Az"un "Hart van Nederland"a istinadən verdiyi məlumata görə, nümayişdə 800-dən çox yerli sakin iştirak edib.

Belə ki, 20 aprel axşamı bir neçə yüz nəfər qaçqınların yerləşdirilməsi məsələsini müzakirə etmək üçün bələdiyyə binasının qarşısına toplaşıb. Əvvəlcə vəziyyət sakit qalsa da, sonradan gərginləşib.

Polis inzibati binanı mühasirəyə alıb və iğtişaşlar başladıqdan sonra hadisə yerinə əlavə qüvvələr göndərilib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları güc tətbiq edərək etirazçıları küçədən zorla çıxarıblar.

Sakinlər yerli hakimiyyət orqanlarının bələdiyyə binasında 110 nəfərə qədər sığınacaq axtaran şəxsi yerləşdirmək planlarından narazı qalıblar. Qərar 17 apreldə elan edilib və ilk sığınacaq axtaranların bu həftənin əvvəlində gəlməsi gözlənilir.

Etirazçılar iddia edirlər ki, hakimiyyət orqanları yerli əhalinin fikirlərini nəzərə almayıb. Onlar qərarın qısa müddət ərzində verildiyini və miqrantların təhlükəsizliyi və yaşayış şəraiti ilə bağlı narahatlıqlar yaratdığını bildiriblər.

Oxşar xəbərlər

İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər