Azərbaycanda dilerlərin satdığı işlənmiş avtomobillərin ƏDV-yə cəlb olunması müzakirə edilib
Far.Az xəbər saytı

Azərbaycanda dilerlərin satdığı işlənmiş avtomobillərin ƏDV-yə cəlb olunması müzakirə edilib


Azərbaycanda dilerlərin satdığı işlənmiş avtomobillərin əlavə dəyər vergisinə (ƏDV) cəlb olunması müzakirə edilib

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurum avtomobil dilerlərinin nümayəndələri ilə görüş keçirib. Görüşdə Xidmətin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" İctimai Birliyinin nümayəndələri iştirak ediblər.

N.İmanov 2026-cı ildə Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər barədə məlumat verib, elektrik və hibrid mühərrikli nəqliyyat vasitələrinin idxalı zamanı ƏDV-dən azadolmanın ləğvi, həmçinin həmin avtomobillərin yerli istehsalının ƏDV-dən azad edilməsi barədə yenilikləri görüş iştirakçılarının diqqətinə çatdırıb. İclas zamanı işlənmiş avtomobillərin dilerlərdə satışının ƏDV-yə cəlb olunması mexanizmi müzakirə edilib. Bu cür əməliyyatların aparılması ilə bağlı vergi öhdəlikləri, yarana biləcək çətinliklərin həlli yolları barədə fikir mübadiləsi aparılıb.

Vergi əməkdaşları qanunvericiliyin bəzi aspektərini izah edib, sahibkarlarla dialoqun davamlı şəkildə aparılacağını və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın genişləndiriləcəyi bildirib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Maşın bazarında qiymətlər QALXACAQ
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə ACTRAV arasında Bəyannamə imzalanıb
Hibrid avtomobil almaq istəyənlər TƏLƏSMƏLİDİRLƏR
Naxçıvanda sahibkarlar üçün xüsusi vergi güzəştləri paketi hazırlanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər