Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub
Far.Az xəbər saytı

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub


Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Ağstafa rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var.

Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzor oğlu Əmrahov isə onun xalası oğludur.

Zərərçəkən Qazax Diaqnostika Mərkəzinin cərrahiyyə şöbəsinə yerləşdirilib, tibbi yardımlar davam etdirilir.

***18:00

Ağstafa rayonunun Çeyrançöl ərazisində 2026-cı il 15 noyabr tarixində sursat partlayışı hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə bəyanat yayıb.

Məlumata görə, Qazax rayonu Dəmirçilər kənd sakini 1986-cı il təvəllüdlü İbrahimov Rəsul Şahin oğlu və Qazax rayonu Daşsalahlı kənd sakini 1982-ci il təvəllüdlü Əmrahov Sahib İzbor oğlu tərəfindən partlamamış hərbi sursata müdaxilə nəticəsində partlayış baş verib.

Hadisə nəticəsində İbrahimov Rəsul aldığı xəsarətlərdən həlak olub, Əmrahov Sahub isə xəsarət allb.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.

***17:21

Azərbaycanda iki nəfər minaya düşüb. Onlardan biri həlak olub, digəri isə yaralanıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ceyrançöl adlanan ərazidə baş verib.

Hadisə nəticəsində Qazax rayon sakini Rəsul Məmmədov həyatını itirib. Digər şəxsin yaralandığı bildirilir. Onun kimliyi dəqiqləşdirilir.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ağstafada sursat partlayıb: 1 nəfər həlak olub, daha biri xəsarət alıb
1 Noyabr-Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə jurnalistlər üçün maarifləndirici təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər