Milli Məclis gələn ilin büdcəsini I oxunuşda müzakirə edir
Far.Az xəbər saytı

Milli Məclis gələn ilin büdcəsini I oxunuşda müzakirə edir


Milli Məclisin bu gün keçirilən plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan layihələr müzakirəyə çıxarılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasının gündəliyinə 8 müvafiq qanun və qərar layihəsi daxil edilib.

Müzakirələrlə Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edir.

Gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir.

Son nəticədə dövlət büdcəsində 3 milyard 94,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,4 % çoxdur.

2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə 44 milyard 969,4 milyon manat, xərclərinin isə 48 milyard 839,3 milyon manat olacağı gözlənilir.

Bunlar, 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2,3 % və 2,5 % çoxdur.

Son nəticədə icmal büdcədə 3 milyard 869,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,2 % çoxdur.

Büdcədə neftin bir barelinin qiyməti 65 ABŞ dolları götürülüb.

Oxşar xəbərlər

Azərbaycanda büdcə qaydası dəyişir
Azərbaycanda büdcə qaydası dəyişib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər