Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
Far.Az xəbər saytı

Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib


Praqada 350 - 450 min insan hökumətin dövlət mediasını maliyyələşdirilməsi ilə bağlı islahat planına etiraz edib.

"Report"un xəbərinə görə, bu barədə AFP mitinqin təşkilatçısı, "Demokratiya üçün milyon anlar" assosiasiyasının rəhbəri Mikulaş Minara istinadən məlumat yayıb.

Təşəbbüs Çexiya radio və televiziyasının tam olaraq dövlət tərəfindən maliyyələşdirilməsini, televiziya və radio üçün abunə haqlarının ləğv edilməsini nəzərdə tutur. Bundan əlavə, dövlətin media büdcəsinin 15 % azaldılması planlaşdırılır.

Mitinq iştirakçıları bu addımın mətbuat azadlığına təhlükə yaratdığını, onları dövlətdən daha çox asılı hala gətirəcəyini iddia ediblər. Mitinqin təşkilatçısı Mikulaş Minar etirazların son 37 ildə ən böyük olduğunu bildirib.

Tədbirlər Praqanın Letna rayonunda keçirilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşma dayanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər