Qeyri-neft-qaz özəl sektorda əmək haqları mərhələli şəkildə vergiyə cəlb ediləcək
Far.Az xəbər saytı

Qeyri-neft-qaz özəl sektorda əmək haqları mərhələli şəkildə vergiyə cəlb ediləcək


Qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilib.

Far.Az apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi iqtisadiyyat naziri Mikayıl Cabbarov 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib.

Nazir bildirib ki, 1 yanvar 2019-cu il ilə müqayisədə 1 noyabr 2025-ci il tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 845 mini ötüb: "Aşağı gəlirlərə aşağı vergi dərəcəsi tətbiq olunacaq. Qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilib. Belə ki, 2500 manatadək əmək haqları 2028-ci ildə hətta 7% dərəcə ilə vergiyə cəlb olunsa belə, bu güzəştin tamamilə ləğv olunduğu təqdirdə tətbiq olunmalı 14% dərəcə ilə müqayisədə yenə də iki dəfə aşağıdır".

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycanda yeni iqtisadi mərhələ başlayır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Sahibkarların NƏZƏRİNƏ: Yeni vergi və uçot tələbləri - İki mindən altı min manatadək cərimə
Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər