İsrail Ordusu Qəzzada HƏMAS-ın yüksəkrütbəli komandirini öldürüb - Yenilənib
İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubundakı Xan-Yunisdə yerləşən "Nasir" xəstəxanasına endirilən aviazərbə nəticəsində HƏMAS briqadasının yüksəkrütbəli komandiri Xalid Əbu Ənzanı öldürüb.
Bu barədə "Far.Az" "Ynet"ə istinadən xəbər verir.
Daha əvvəl İsrail Müdafiə Ordusu hədəfin Xan-Yunisdəki briqada komandiri və bir neçə digər yaraqlın;n olduğu xəstəxanaya zərbə barədə məlumat vermişdi.
İsrail Müdafiə Ordusu HƏMAS-ın yüksəkvəzifəli üzvünü və hərəkatın digər iştirakçılarını öldürmək məqsədilə Qəzza zolağının cənubundakı Xan-Yunisdə yerləşən "Nasir" xəstəxanasına zərbə endirdiyini bəyan edib.
"Far.Az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun "X" şəbəkəsindəki hesabında paylaşım edilib.
"HƏMAS xəstəxana kompleksindən İsrailə və Müdafiə Ordusuna qarşı hərbi və terror fəaliyyəti mərkəzi kimi, o cümlədən silahların saxlanılması, dindirmələr, işgəncələr və s. üçün istifadə edib. Otaqlardan, həmçinin müşahidə məntəqələri və yaraqlılar üçün sığınacaq kimi istifadə olunub", - məlumatda bildirilib.
Bildirilib ki, zərbənin nəticələri barədə əlavə məlumat daha sonra veriləcək.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - YENİLƏNİB
Leyla Əliyeva Tiranada "Hannah və Rosafa" uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək













