Gəncədə həkim tibb bacısının əri tərəfindən döyülüb
Yeni Gəncə Tibb Mərkəzində baş verən dava ilə bağlı məhkəmə araşdırması yekunlaşıb.
Far.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə laborator analizlərin verilməsi zamanı narazılıq səbəbindən yaşanıb. Laboratoriya şöbəsinin müdiri, mikrobioloq Xətai Quliyev klinikada çalışan Zərifə adlı tibb bacısının əri Kəyan tərəfindən döyülüb.
İttihama görə, həmin gün reanimasiya şöbəsində xəstə uşaqlara təcili analiz lazım olduğu üçün həkim Emiliya Əliyeva Xətai Quliyevə zəng edib. Analizlərin yoxlanılması zamanı gecikmə ilə bağlı tərəflər arasında telefon danışığında narazılıq yaşanıb. Daha sonra tibb bacısı Zərifə laboratoriyaya gələrək analizlərin vaxtında təqdim edildiyini bildirib və mübahisə yaranıb.
Bir qədər sonra klinikaya gəlmiş Kəyan adlı şəxs laboratoriyaya daxil olaraq Xətai Quliyevə yaxınlaşıb və göz nahiyəsinə yumruqla zərbə endirib. Həkim yıxılıb və həmin an Kəyan onun başına yumruq vurmağa davam edib.
Zərərçəkmiş həkim şikayətçi olduğunu və təqsirləndirilən şəxslə barışmadığını bildirib.
Kəyan ifadəsində həyat yoldaşına yemək gətirdiyini, telefon danışığında onun narahat olduğunu hiss etdiyini, dəhlizdə həkimlə aralarında mübahisə yarandığını və sonradan davaya çevrildiyini deyib. O, əməlindən peşman olduğunu və yüngül cəza verilməsini xahiş edib.
Hadisə klinikanın nəzarət kameraları tərəfindən də lentə alınıb.
Məhkəmənin hökmü ilə Kəyana doqquz ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Oxşar xəbərlər
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













