AZAL səyahətləri daha rahat edir: Minik talonlarını artıq "Apple Wallet" və "Google Wallet"də saxlamaq mümkündür
Azərbaycanın milli aviadaşıyıcısı AZAL qeydiyyat və uçuşa minik prosesini daha da sadələşdirən yeni rəqəmsal funksiyanı istifadəyə verib.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Bu yenilik sayəsində sərnişinlər minik talonlarını "Apple Wallet" və "Google Wallet" mobil pulqabılarında saxlaya bilərlər.
Xidmət AZAL-ın mobil tətbiqi vasitəsilə aviabilet əldə edən bütün sərnişinlər üçün əlçatandır.
Onlayn qeydiyyatdan sonra sərnişinlər sadəcə elektron minik talonunu pulqabına əlavə edə və internet bağlantısı olmadan onu smartfondan təqdim edə bilərlər. Bu həll uçuşa minik prosesini sürətləndirir, hava limanında nəzarət prosedurlarını daha rahat edir və sərnişinləri kağız sənədləri çap etmək zərurətindən azad edir.
Uçuşla bağlı bütün məlumatlar bir yerdə saxlanılır və səyahət boyu əlçatan olur. Bu, xüsusilə tranzit uçuşlar və rouminq zamanı istifadəçilər üçün əlverişli imkan yaradır.
Yeni funksiyanın istifadəyə verilməsi AZAL-ın rəqəmsal xidmətlərin inkişafı və səyahətləri daha komfortlu edən innovasiyaların tətbiqi strategiyasının tərkib hissəsidir. Aviaşirkət gələcəkdə də sərnişinlər üçün müasir və rahat rəqəmsal həllər təqdim etməyi davam etdirəcək.
Yeni funksiyanın istifadəsinə dair qısa videotəlimatla burada tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Dilarə Kazımovadan YENİLİK: Qadın mafiya lideri obrazında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dörd işçinin ölümündə təqsirləndirilən "Lake Hotel"in icarədarı həbs edilib
-
İlham Əliyev Vahid Əzizi "Şərəf" ordeni ilə təltif edib - SƏRƏNCAM
-
Vahid Əziz: "Böyük bir xəcalətdən yaxa qurtardıq"
-
Fərda Xudaverdiyev 20 il sonra METRODA
-
Məsud Pezeşkian: "İnqilabdan əvvəl hicabsız qızlar çox ləyaqətli idilər"
-
Ağciyər xəstəlikləri xərçəngə səbəb olur? - Pulmonoloq açıqladı













