Far.Az xəbər saytı
Far.Az xəbər saytı
İslamiada: Sonuncu gündə Azərbaycan idmançıları üç növdə çıxış edəcəklər
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının sonuncu günündə Azərbaycan idmançıları üç növdə çıxış edəcəklər.
Far.Az report-a istinadən xəbər verir ki, ciu-citsuda Əmirxan Quluzadə (77 kq) və Maqsudxan Quluzadə (62 kq) uğur qazanmağa çalışacaqlar.
Parapauerliftinqdə Zəhra Dadaşova (61 kq) və Ceyhun Mahmudov (59 kq) mübarizə aparacaqlar.
Sərbəst güləşçilərdən Ağanəzər Novruzov (74 kq), Arseniy Djioyev (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaqlar.
Qeyd edək ki, İslamiada bu gün başa çatacaq. Azərbaycan 55 mükafatla (8 qızıl, 18 bürünc, 29 bürünc) medal sıralamasında 10-cu pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
Azərbaycan atleti VI İslam Həmrəyliyi Oyunlarında fəxri kürsüyə yüksəlib
Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb
VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları bu gün dörd növdə çıxış edəcəklər
Azərbaycan və BƏƏ prezidentləri Milli Xalça Muzeyinin Şuşa filialında olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













