16 yaşlı qızın babası: "Qoymadılar Nurcanın üzünə baxım"
Xəbər verdiyimiz kimi, noyabrın 19-da Bakıda yerləşən "Təmiz Dünya" Qadınlara Yardım İB-nin sığınacağında yaşayan 16 yaşlı Nurcan Cəfərova həyatını itirib.
BAKU.WS xəbər verir ki, ölən azyaşlının qohumları APA TV-yə açıqlamasında yeniyetmənin insan alverinin qurbanı olduğunu iddia ediblər.
Qızın babası Nazim Orucovun sözlərinə görə, əgər o dördüncü mərtəbədən yıxılıbsa, onun bədənində hər hansı bir zədə olardı:
"Zəng etdilər ki, uşağınız dördüncü mərtəbədən özünü atıb. Bakıya getdim, qoymadılar üzünə baxım uşağımın. Düşən yeri göstərmədilər. Üzünü açdılar, amma təmiz baxmağa qoymadılar. Mənə dedilər 100 manat nəvənin "yetimpulu"dur. 40 manatı özləri xərcləmişdilər".
Qeyd edək ki, "Təmiz Dünya" Qadınlara Yardım İB-nin rəhbəri Mehriban Zeynalova insan alveri iddiaları ilə bağlı bildirib ki, hazırda istintaq davam edir.
Onu bildirək ki, ölən yeniyetmənin atası Elşad Səfərov ölkəyə qayıtdıqdan sonra 18.11.2025-ci il tarixində uşaqdan rəsmi qaydada imtina etmişdi.
Daha ətraflı videomaterialda:
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıdakı sığınacaqda pəncərədən yıxılıb ölən 16 yaşlı qızla bağlı RƏSMİ AÇIQLAMA
Polkovnik-leytenant Nail Orucovun şəhadətindən 5 il ötür
40 yaşında parkda donaraq ölən "Yeşilçam" aktyorunun təsirli HƏYAT HEKAYƏSİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dörd işçinin ölümündə təqsirləndirilən "Lake Hotel"in icarədarı həbs edilib
-
Vahid Əziz: "Böyük bir xəcalətdən yaxa qurtardıq"
-
Fərda Xudaverdiyev 20 il sonra METRODA
-
Məsud Pezeşkian: "İnqilabdan əvvəl hicabsız qızlar çox ləyaqətli idilər"
-
Bakıda soyğunçuluq edən şəxsi polis saxladı
-
Zahid Oruc: İlham Əliyev Ukrayna üçün xilas formullarını müxtəlif dövrlərdə göstərib













