Qurban Qurbanov: "Napoli" çox ciddi rəqibdir
"Sabah bizi vacib oyun gözləyir. "Napoli" çox ciddi rəqibdir".
Far.Az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində səfərdə İtaliyanın "Napoli" klubu ilə keçiriləcək V tur matçından əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.
O, rəqibin baş məşqçisi Antonio Kontenin təcrübəli baş məşqçi olduğunu bildirib: "Onu yaxından tanıyıram, buradan da salamlarımı çatdırıram. Bizim məqsədimiz ildən-ilə daha irəli getməkdir. Liqa mərhələsində mübarizə aparırıq, oyunlardan həzz almaq istəyirik. Nəticələrimizin yaxşı olması bizi sevindirir. "Qarabağ" klubunun adı Azərbaycan üçün fərqli məna daşıyır. Bölgə klubuyuq, uzun illərdir rəhbərliklə birgə Bakıda klubu yaşadırıq. "Napoli" turnir cədvəlindəki yerini yaxşılaşdırmaq üçün əlindən gələni edəcək. Onlar bizimlə oyuna çox ciddi hazırlaşıblar".
Noyabrın 25-dən 26-na keçən gecə Neapol şəhərindəki "Dieqo Armando Maradona" stadionunda keçiriləcək "Napoli" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Antonio Banderas qızını gəlin köçürdü
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakının Nəsimi rayonunda binada yanğın başlayıb
-
Sosial şəbəkələrdə fahişəliklə məşğul olmağa görə cərimələr müəyyən edilir
-
"Yandex"də genişmiqyaslı PROBLEM YARANDI
-
SOCAR "Sustainable Fitch" Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
-
Məşhur aktrisa övladının 40-ı çıxmadan ərindən boşandı
-
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var













