ABŞ Açıq Çempionatının finalı İtaliyada ən çox baxılan tennis matçı kimi tarixə düşüb
Far.Az xəbər saytı

ABŞ Açıq Çempionatının finalı İtaliyada ən çox baxılan tennis matçı kimi tarixə düşüb


ABŞ Açıq çempionatının finalı İtaliya televiziyası tarixində ən çox baxılan tennis matçı olub.

"Far.Az" xəbər verir ki, bu barədə jurnalist Luka Fiorino şəxsi "X" hesabında bildirib.

Bu, "SuperTennis TV"də ən çox izlənilən qarşılaşma kimi tarixə düşüb. Oyunu orta hesabla 1 milyon 788 min italyan izləyib.

Jurnalistin sözlərinə görə, İtaliyada hər on televizordan biri "SuperTennis TV"yə köklənib. Müxtəlif hesablamalara görə, İtaliyanın əhalisi təxminən 60 milyon nəfərdir.

Qeyd edək ki, italiyalı tennisçi Yannik Sinner ABŞ Açıq çempionatının finalında yerli idmançı Teylor Fritsi məğlub edib - 3:0 (6:3, 6:4, 7:5).

Oxşar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - YENİLƏNİB-2
İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı olub - YENİLƏNİB-2
İtaliya-Azərbaycan dəyirmi masası keçirilib
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
Məşhur tennisçi ayağından əməliyyat olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər