AFEN plazada baş verən partlayış zamanı xəsarət alan şəxslərin vəziyyəti AÇIQLANIB
Far.Az xəbər saytı

AFEN plazada baş verən partlayış zamanı xəsarət alan şəxslərin vəziyyəti AÇIQLANIB


Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində partlayış baş verən obyektdə (AFEN plazada) xəsarət alanların vəziyyəti açıqlanıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib.

"Noyabrın 24-ü saat 09:00-da Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində obyektdə partlayış baş verməsi səbəbi ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan beş nəfərdən (ikisi kişi, üçü qadın olmaqla) üç nəfərə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıb.

Bir nəfərin müalicəsi Neyrocərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Bir nəfər isə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib. Müalicəsi tibb müəssisəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Bakıda partlayış baş verən plazada səkkiz il əvvəl də yanğın olubmuş
Goranboyda yaşayış binasında uçqun zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər