"Qırmızı kitab"a düşmüş quş sərnişin təyyarəsinin işıqlarını zədələyib
Far.Az xəbər saytı

"Qırmızı kitab"a düşmüş quş sərnişin təyyarəsinin işıqlarını zədələyib


Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində "Superjet" tipli sərnişin təyyarəsi eniş zamanı nadir ağ kəkliyi ilə toqquşub. Hadisə nəticəsində təyyarənin bəzi avadanlıqları zədələnib.

Far.Az xəbər verir ki, Shot nəşrinin məlumatına görə, Ufa şəhərindən Novı Urenqoya uçan təyyarə enişə yaxınlaşarkən quş ön şassinin altına düşüb.

"Qırmızı kitab"a düşmüş quşla toqquşma nəticəsində təyyarənin eniş və hərəkət işıqları, eləcə də onlardan birinin elektrik birləşdiricisi zədələnib. Bu nasazlığın enişdən sonra pilotların görmə imkanlarına təsir göstərə biləcəyi bildirilib.

Buna baxmayaraq, təyyarə enişi normal şəkildə həyata keçirib. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
"Torqovı"da GÜCLÜ YANĞIN nəzarət altına alınıb, xəsarət alan var
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər