"Galatasaray"a vurduğu qol onu 20 milyon avroluq futbolçu etdi
Far.Az xəbər saytı

"Galatasaray"a vurduğu qol onu 20 milyon avroluq futbolçu etdi


Belçikanın çempionu "Union Saint-Gilloise" klubunun kanadalı hücumçusu Promise David Çempionlar Liqasında göstərdiyi oyunla Premyer Liqa komandalarının diqqətini çəkib.

Far.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının 5-ci turunda İstanbulda "Galatasaray" üzərində 1:0 hesablı qələbəni təmin edən qolun müəllifi olan 24 yaşlı forvardın qış fasiləsində İngiltərəyə transfer olunacağı bildirilir.

İngiltərə mediasının məlumatına görə, "Lids Yunayted" və "Vest Hem" gənc hücumçu uğrunda yarışa başlayıb. Xüsusilə "Vest Hem"in transferdə daha israr etdiyi və Promise David üçün 20 milyon avro ödəməyə hazır olduğu qeyd olunur. Klubun son illərdə Haller, Skamakka və Fülkriq kimi bahalı hücumçu transferlərindən istədiyini ala bilməməsi bu qərarda rol oynayıb.

Kanadalı forvard Estoniya Liqasında kəşf edildikdən sonra 2024-cü ilin yayında 600 min avroya Union Saint-Gilloise-ə transfer olunmuşdu. David ilk mövsümündə 24 qol vurub. Bu mövsümdə isə Galatasaray-a qarşı vurduğu qol da daxil olmaqla artıq 8 qola imza atıb.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
"Neftçi" təcrübəli hücumçu transfer etdi - Vensan Abubakar Bakıda
90 ildən sonra çempion oldular
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər