Milyarder İbrahim Süleymanov qətllərin təşkili ittihamı ilə Rusiyada hakim qarşısına çıxacaq
Far.Az xəbər saytı

Milyarder İbrahim Süleymanov qətllərin təşkili ittihamı ilə Rusiyada hakim qarşısına çıxacaq


Rusiyada milyarder İbrahim Süleymanov iki qətlin təşkilində və bir vəkilə qarşı sui-qəsd cəhdində ittiham olunur.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinin tanış olduğu məhkəmə materiallarında məlumat yer alıb.

İbrahim Süleymanovun adı 2004-cü ildə Federal Maliyyə Sağlamlaşdırma və Müflislik Xidmətinin keçmiş rəhbəri Georgi Talın və 1999-cu ildə Vnukovo Hava Yolları aviaşirkətinin yerüstü xidməti işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Gennadi Borisovun qətlləri, həmçinin 2021-ci ildə vəkil İlya Perequdova qarşı sui-qəsd cəhdi ilə bağlı işlərdə müttəhim qismində keçir.

Məhkəmə materiallarında qeyd olunur ki, İbrahim Süleymanovun cinayətlərdə əlinin olması operativ-axtarış tədbirlərinin məlumatları ilə təsdiqlənir. Lakin müdafiə tərəfi milyarderin günahını sübut edən dəlillərin olmadığını iddia edir.

Oxşar xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir
Qırğızıstan həmkarlar ittifaqlarının nümayəndələri Azərbaycan təcrübəsini öyrənmək üçün AHİK-də olublar
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər