Bu il yığılan VERGİNİN HƏCMİ açıqlandı
Cari ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 15 milyard 310.5 milyon manat vergi daxil olub, proqnoza 105.1 faiz əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 315.1 milyon manat və ya 2.1 faiz artıb.
Far.Az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 11 milyard 187.6 milyon manat olub, proqnoz 102.7 faiz icra edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8.7 faiz artıb.
Ödənilən vergilərin 73.1 faizi qeyri-neft-qaz sektorunun, 26.9 faizi isə neft-qaz sektorunun payına düşüb.
Cari ilin yanvar-noyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 733.6 milyon manat təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11.7 faiz və ya 601.3 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 12.3 faiz artaraq 3 milyard 832.2 milyon manat olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10.4 faiz artaraq 203 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11.4 faiz artıb və 155 milyon manat olub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 10.1 faiz artaraq 1 milyard 6.3 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9.6 faiz artıb və 713.7 milyon manat təşkil edib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Cənubi Qafqaz statistikası: Ən aşağı işsizlik göstəricisi Azərbaycanda
2025-ci ildə tibbi xidmətlər üzrə ödənilən məbləğ 786 milyon manat olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub













