Nyu-Yorkda binanın çökməsi nəticəsində bir nəfər ölüb, 10 insan yaralanıb – Yenilənib
ABŞ-nin Nyu-York şəhərinin Bruklin rayonunda üçmərtəbəli binanın çökməsi nəticəsində azı bir nəfər ölüb, daha 10 nəfər yaralanıb.
"Far.Az" CNN-ə istinadən xəbər verir ki, bu barədə yanğınsöndürmə xidmətinin nümayəndəsi bildirib.
Məmurun sözlərinə görə, bir nəfər dağıntılar altında qalıb, dörd nəfər ağır yaralanıb.
Hadisəni Nyu-Yorkun Binalar Departamenti araşdırır, axtarış-xilasetmə əməliyyatında dronlardan istifadə olunur.
ABŞ-nin Nyu-York şəhərinin Bruklin rayonunda üçmərtəbəli bina qismən uçub.
"Far.Az" xəbər verir ki, bu barədə CNN Nyu-Yorkun Yanğın Departamentinə istinadən məlumat yayıb.
Məlumata görə, bina əsasən yaşayış massivi olan Bruklinin cənubundakı Fletbuş məhəlləsində yerləşir. Uçqun yerli vaxtla saat 16:00 radələrində (Bakı vaxtı ilə saat 01:00) baş verib.
Xilasedicilər hazırda dağıntılar altında insanların ola biləcəyi üçün axtarış-xilasetmə əməliyyatı aparırlar. Hadisə zamanı azı iki nəfər xəsarət alıb və tibbi yardım üçün həkimlərin nəzarəti altındadır.
Oxşar xəbərlər
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
Goranboyda yaşayış binasında uçqun zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB
Goranboyda yaşayış binasında uçqun olub, 4 nəfər xəsarət alıb
Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!













