Neftçalada qayınatası və arvadını öldürməyə cəhd edən şəxsə hökm oxunub
Far.Az xəbər saytı

Neftçalada qayınatası və arvadını öldürməyə cəhd edən şəxsə hökm oxunub


Neftçalada qayınatası və arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Fərid Bağırovun cinayət işi üzrə məhkəmə keçirilib.

Far.Az APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Fərid Bağırov 8 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin iyul ayında Neftçala rayonunun Xıllı qəsəbəsində baş verib. Fərid Bağırov küçədə qayınatası Hüseyn Əhmədova vintaçanla xəsarət yetirib. Daha sonra təqsirləndirilən şəxs evə gələrək arvadı Əfsanə Bağırovaya xəsarətlər yetirib.

İş üzrə zərərçəkmiş qismində tanınan Hüseyn Əhmədov şəhid atasıdır.

Fərid Bağırova Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər